İtaliyalı müğənni və bəstəkar Toto Kutunyo vəfat edib.

Bu barədə ANSA xəbər agentliyi sənətçinin meneceri Danilo Mankusoya istinadən yazıb.

Dünya şöhrətli musiqiçi avqustun 22-də əvvəllər yerləşdirildiyi Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib. Kutunyo 80 yaşında idi.

Salvatore Kutuqno (əsl adı) 7 iyul 1943-cü ildə İtaliyanın Fosdinovo kommunasında anadan olub. 1960-cı illərdə musiqi karyerasına başlayıb. Əvvəlcə nağara ifaçısı olub, sonra caz və pianoda ifa ilə maraqlanıb, öz mahnılarını bəstələməyə başlayıb. Müxtəlif qruplarda iştirak etməsinə baxmayaraq, Kutunyo solo sənətçi kimi dünya şöhrəti qazanıb. Sanremo festivalında 15 dəfə iştirak edib, o cümlədən onun ən böyük hitinə çevrilən Litaliano mahnısı ilə Kutunyo həmçinin Adriano Çelentano, Joe Dassin, Dalida və bir çox başqaları kimi musiqiçilərlə əməkdaşlıqları ilə tanınır. 1990-cı ildə Kutunyo Zaqrebdə keçirilən Eurovision Mahnı Müsabiqəsində qalib gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN