Şairə sayılan, lakin bircə şeiri də yadda qalmayan, özü də şou-biznes nümayəndəsinə çevrilən Nazilə Səfərli sosial şəbəkədə əri ilə olan şəklini paylaşıb və belə şərh yazıb: “Bax, hamınız deyirsiniz ki, mən kökəm, yekəyəm. Yoldaşımla yan-yana duranda elə də yekə deyiləm. Demək ki, hər qazanın öz qapağı...”

P.S. Boy, ay Nazilə xanım, “hər qazanın öz qapağı” nə deməkdir? Hər kişinin öz papağı eşitmişik, amma “hər qazanın öz qapağı” sözləri bir az qaranlıq qalır e... Belə çıxır ki, həyat yoldaşın danqıldayan boş qazanın qapağıdır? Kişini belə ələ salmazlar axı. İndi kişi də durub “bu Nazilənin köklüyü başıma bəladır” desə, xoşuna gələr? Ayıbdır, belə söhbətlər edib kişini gözdən salmaq, şairliyin də adına xələl gətirmək.

***

Aşıq Samirə Əliyeva plastik əməliyyatdan danışarkən həmkarlarına işarə vuraraq deyib: “Plastik əməliyyat yaxşıdır, amma əndazəsində. Arıqladıqca, üzüm düşür, ehtiyac olsa, əməliyyat edəcəm, dartdıracam. Hərənin öz şarmı var, qədərində olmalıdır. İnsandan qabaq hansısa hissə önə gəlməməlidir”.

P.S. Ay Samirə xanım, ay pir olmuşun qızı, sən nə qoyub, nə axtarırsan? İndiki şou-biznes əhlinin əzaları, yəni göbəyi, sinəsi, ombası özündən, səsindən və sənətindən önə çıxıb, diqqət çəkməsə o xanımı heç bir efirə dəvət etməzlər, hər hansı məclisə çağırmazlar. Nəinki oxumağa, hətta danışmağa belə söz tapmaz. Heç sponsor da ona bir qəpik belə  xərcləməz. Bir sözlə, acından ölə bilərlər. Samirə xanım, sən, əzalarını çöldə qoymaqla abır-həyalarını itirmiş bu bədbəxlərin ölməsini istəyirsən? Olmaz belə axı. Səs yox, sənət yox, heç olmasa, qoy önə çıxan bədən əzaları ilə çörək pulu qazansınlar dəə...

***

Xalq artisti, 67 yaşlı Nisə Qasımova plastik əməliyyat etdirərək özünü 30 yaş cavanlaşdırıb və onun yeni görünüşü sosial şəbəkə izləyicilərinin tənqidinə tuş gəlib.

P.S.Yəni izləyicilər demək istəyir ki, qocalıqda bu, nə yorğalıqdır? Ötənlərin babat müğənnisi olmuş Nisə xanımın, yaşının bu vaxtında sənəti ilə yox, cavanlaşmış görünüşü ilə gündəmə gəlməsi haqlı olaraq tənqid olunur. Axı ay Nisə xanım, 67 yaşında kimə xoş gəlmək istəyirsən? Əməliyyatdan sonra qətiyyən özünə bənzəməyən 67 yaşında xanıma, mən deyə bilmərəm axı Allah ağıl versin, o saat ağzım əyilər, mən ölüm.

***

Ermənistanın başsız baş naziri N.Paşinyan parlamentdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı noyabr ayında Moskvada Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyinə dair Rusiya və yerli mediada dolaşan şayiələrlə bağlı suallara cavab verməyib.

P.S. Bədbəxt oğlu, cavab verib nə desin axı? Desin gedirəm İlham Əliyevin daha bir Dəmir Yumruğunu yeməyə? Ya desin ki, “dənizdən dənizə Ermənistan” ideyasını birdəfəlik məhv etməyə gedirəm? Bəlkə desin ki, “artsax-artsax” evcik oyununu tamamilə dağıtmağa gedirəm? Nə desin axı? Adam imam üçün ağlayanda, bir yezid üçün də ağlayar dayna...

***

Qəzetlərin birində Azərbaycanın Vatikanda səfirlik açmasından bəhs edən yazıya belə başlıq qoyulub: “29 il sonra Azərbaycanın Vatikanda səfirlik açmasının sirri”.

P.S. Bu sirri açarlar, biz də bilərik görək Vatikan indiyə qədər bizə hansısa məsələdə dəstək olub, ya yox? Amma maraqlıdır, həmişə bizə dəstək olan, 44 günlük II Qarabağ savaşında Türkiyə və Pakistanla yanaşı siyasi və mənəvi dəstək verərək, yanımızda yer alan İsrail dövlətində 29 ildir səfirlik açmamağımızın sirri bəs nədir görəsən?

***

Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə  Qarabağın gerçək sahibinin kim olduğunu göstərməsindən bəhs edən erməni mediası belə bir etiraf da edib: “Biz dirsəyimizi hələ çox gəmirəcəyik, çünki hamımız uduzmuşuq...”

P.S. Çox düzgün etirafdır. Bax buna deyərlər dəlidən doğru xəbər. “Yeddi oğul istərəm” filmində Cəlalın təbirincə desək bəli, a dığalar, uduzmusunuz, keçmişinizi, gələcəyinizi uduzmusunuz. Qaldı dirsəyinizi gəmirməyə, daşnak köpək uşağı, siz axı dədə-babadan gəmiricilər sinifinə mənsubsunuz. 30 il Qarabağda da hər şeyi gəmirib, məhv etmisiniz. İndi gəmirməyə daha bir şey qalmadığından dirsəyinizi gəmirirsiniz. Bir az da keçər, inşallah, əvvəl dirsəyinizi, sonra başqa yumşaq yerlərinizi və axırda da bir-birinizi gəmirəcəksiniz...

***

“Avrovizion -2016” təmsilçimiz Səmra Rəhimli bu günlərdə 27 yaşının tamam olmasını təmtəraqla qeyd edib. Ad günündə anasının Səmraya “Chevrolit Camaro” adlı bahalı avtomobil bağışlaması, tədbirin ən diqqət çəkən məqamı olub.

P.S. Əşi, diqqət çəkən məqam olar dəə... Bu Səmra Rəhimli səhnəyə çıxdığı ilk gündən səsi, sənəti ilə yox, soyunub lütətcəbala olmaqla gündəmdə olub. Hələ Avrovizion yarışmasında olarkən Holland müğənninin qucağında, alt paltarı görünməklə olan şəkli hələ də sosial şəbəkələrdə və yaddaşlardadır. Elə ona görə də, müğənni kimi heç bir dəyəri, qiyməti olmayıb. İndi anası da qızına paltar yox, bahalı avtomobil bağışlayıb ki, nəhayət, tamaşaçılar Səmrada qiymətli bir şey görə bilsinlər.

***

Xəbər verilir ki, karantin rejimi 2022-ci il yanvarın 1-nə qədər uzadılıb.

P.S. Sən öləsən, bu milləti koronavirus yox deyəsən karantin rejimindən yaranan qorxu, stress, hər an yoluxmaq, ölmək həyəcanı məhv edəcək.

***

Şeyx Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, öz Facebook səhifəsində Özbəkistanda keçirilən prezident seçkiləri barədə yazdığı bir cümlədə beş orfoqrafik səhv buraxmasına görə, qınağa tuş gəlməsinin altından, günahı sürücünün adına yazmaqla çıxıb və yazıq sürücünü işdən uzaqlaşdırıb.

P.S. Sürücü hara, deputatın Facebook səhifəsində yazı paylaşmaq hara? Görünür Cavanşir Paşazadə hesab edir ki, binəva sürücünü işdən çıxarmaqla, onun savadı, orfoqrafik biliyi yerinə qayıdacaq. Belə çıxır ki, Cavanşir müəllim bu gündən sonra nəsə yazmaq üçün əlinə telefon, ya qələm alıb bir cümlə belə yazmayacaq. Yox, yox, dayan görüm, özünə yeni sürücü götürməlidir axı...

***

Müğənni Nadir Qafarzadə “Mədəniyyət” kanalının ona qadağa qoyaraq, “qara siyahı”ya aldığını bildirib. Nümunə üçün də, şəhid ailələri və qazilər üçün Heydər Əliyev sarayında keçirilən konsertdə oxuduğu mahnının efirdə göstərilməməsini qeyd edib.

P.S. Ay alma yanaqlı, gül dodağlı, maral gözlü Nadir Qafarzadə, “Bəyin oğurlanması” filmində deyildiyi kimi, elə səni görməsələr yaxşıdır. Bəlkə bundan sonra, sənin sənətdən uzaq olan ifanı və yersiz, düşük danışıqlarını eşitməkdən qulağımız, gözümüz bir az dincələrdi.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN