STP Şirkətlər qrupu Böyük qələbəmizdən sonra ilk dəfə qeyd etdiyimiz  8 noyabr, Zəfər Günü münasibətilə Zəfər ağacı abidəsi hazırlayıb.

Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Zəfər ağacı paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış şəhidlərimizin adları yazılmış  3000 metal hərbi adlıqlardan ibarətdir.  Ağacın hündürlüyü  2.9 metr, eni 2.2 metr və çəkisi 400 kq-dır. Azərbaycan vətəndaşları və şəhərimizin qonaqları Zəfər Ağacını görmək üçün 7 noyabr tarixinə kimi Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı yarmarkanı  ziyarət edə  bilərlər. Zəfər Ağacı 8 noyabr tarixində Sumqayıt Şəhərinin Şəhidlər Xiyabanında  quraşdırılması planlanır. 

Qeyd edək ki,  Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək. 

STP Şirkətlər qrupu hər kəsi  yarmarkaya qoşulmağa  dəvət edir.  Həm, Zəfər günümüzü  qeyd edək, həm də şəhid ailələrinə və sağlamlığını itirmiş qazilərimizə dəstək  olaq! 

***

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkının (STP) açılış mərasimi 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutmuşdur.

STP - Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür. STP - regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.

STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.

STP, tarixində ilk dəfə mexaniki emal detalları və metalkonstruksiya çeşidlərindən olan məhsullarını Avropa sənayesinin lokomotivi sayılan Almaniyanın Venden və Köln şəhərlərinə ixracını həyata keçirib. STP-nin ən əsas hədəflərindən biri keyfiyyətli və çox çeşitli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.

Hal hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30 dan çox istehsalat sahəsi var və 2000 nəfərə yaxın işçi çalışır.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN