Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim qəbuluma düşməkdən daha çətindir.

TEZADLAR.AZ xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.

Nazir Emin Əmrullayev belə halların olduğunu deyib.

“Məktəb direktorları, valideynlərlə siz görüşürsürüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız?

Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

 Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 Daha sonra BŞTİ-nin 2023-2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

konfrans-tehsil

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN