Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçiriləcək.

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, müraciətlərin qəbulu 16-17 aprel tarixlərini əhatə edəcək.

Müraciətlərin qəbuluna 16 aprel saat 00:00-dan etibarən start veriləcək və proses 17 aprel saat 23:59-dək davam edəcək.

Namizədlər şəxsi səhifələrinə daxil olmaqla müvafiq xanaya elektron poçt ünvanlarını yazaraq apellyasiya müsahibələrində iştirak etmək üçün müraciətlərini təsdiqləməlidirlər.

Namizədlərə elektron poçt ünvanını düzgün qeyd etdiklərinə əmin olmaq və hazırda aktiv olan elektron poçt ünvanını daxil etmək tövsiyə olunur.

Apellyasiya müsahibələri onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edək ki, müsahibələrdə 2021-2022-ci tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak ediblər. 4-7 aprel tarixlərini əhatə edən müsahibə mərhələsində ümumilikdə 1922 nəfər iştirak edib və müvafiq komissiya tərəfindən onların peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılıb. 

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN