Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Binəqədi, Səbail rayonlarında, Abşeron (I hissə), Astara, Ağcabədi, Oğuz, Saatlı, Şabran, Şamaxı, Siyəzən, Xızı, Zaqatala rayonlarında və Gəncə (Nizami) şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Pin It

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran və Gəncə (Kəpəz) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

Pin It

“Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın şagirdin nəticəsi dəyişib”.

Pin It

2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir.

Pin It

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Hürufilik təliminin hərf sisteminin prinsipləri ilə İmadəddin Nəsiminin milli-region identikliyinə və təxəllüsünə fəlsəfi baxış” sərlövhəli elmi məqaləsi Türkiyənin Bursa Uludağ Universitetinin “Kayğı” fəlsəfə jurnalında dərc olunub.

Bu barədə AMEA-dan bildirilib. Məqalədə XIV əsr Azərbaycan klassik poeziyasının yaradıcısı, həqiqət, ədalət şairi, mütəfəkkir-filosof İmadəddin Nəsiminin milli-regional identikliyi və təxəllüsü mövzusu araşdırılıb, mühüm əhəmiyyət kəsb edən tarixi elmi mənbələr əsasında fəlsəfi təhlil aparılıb və dahi şairin region identikliyinin Azərbaycana aid olması və Nəsimi təxəllüsünün məkanla deyil, ideya ilə bağlılığı yeni elmi-məntiqi və obyektiv təhlillərlə qiymətləndirilib.

Xatirə Quliyevanın bu məqaləsi, həmçinin dünyanın tanınmış elm saytları olan academia.edu və “Dərgipark”da yerləşdirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN