Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkimləri Bakı və bölgələrdə işə dəvət edir.

TEZADLAR.AZ xəbər verir ki, namizədlərdən müvafiq sahə üzrə ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

Namizədlər, həmçinin baytarlıq sahəsində qanunvericiliyi, heyvan mənşəli xammal və məhsulların baytarlıq-sanitariya ekspertizasının aparılması qaydalarını bilməli, müvafiq inzibati ərazi vahidinin iqtisadi potensialı haqqında məlumata sahib olmalıdırlar.

Namizədlər üçün yaş həddi - 45 yaşa qədərdir.

İşə qəbul vaxtı magistratura təhsili olan namizədlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunmaqdır.

İşə qəbul müsahibə əsasında aparılacaq. Namizədlər CV-lərini mövzu yerinə “Baytar həkim” yazaraq This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  e-poçt ünvanına göndərə bilərlər.

Göstərilən tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləndən sonra müsahibəyə dəvət olunacaqlar.

Əlaqə nömrəsi: (+994 12) 377-00-20  (daxili: 530).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN