ÜST ikivalent antivirus peyvəndinin sınaqlarını başa çatdırır.

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə nümayəndəsi Vityanis Andryukaytis bildirib ki, koronavirusa qarşı ikiivalent peyvəndin istehsalına cari ilin payızında başlanılacaq.

O, Žinių radijas  radiostansiyasının efirindən ümumi epidemik vəziyyətin heç də ürəkaçan olmadığını və buna görə də ayıq-sayıq olmağın lazımlığını vurğulayıb.

 “Ümid edirik ki, ikivalentli koronavirus peyvəndi infeksiya və onun mutasiyalarına qarşı mübarizə aparmaqda kömək edəcək. Dərman payıza qədər istifadəyə hazır olmalıdır", -  deyə o, açıqlayıb.

 ÜST sözçüsünün sözlərinə görə, əczaçılıq şirkətləri ikivalent peyvənd üzərində işin başa çatmaq üzrə olduğunu, həmçinin bir neçə istehsalçının kütləvi istehsala demək olar ki, hazır olduğunu da iddia edib.

 Mütəxəssislərin sözlərinə görə, ikivalent peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, həm ilkin infeksiyadan, həm də onun mutasiya ştammlarından qoruyur.

 Necə deyərlər, yalansa gerçək olsun!

 Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT VİRUSU olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilib.

Virus Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı.

2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çinin Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi.

***

Qeyd edək ki, ötən ay dünyada yeni növ koronavirusa yoluxanların sayı 17,3 milyon nəfər olub ki, bu da may ayı ilə müqayisədə 15% çoxdur. Yoluxma sayı 2022-ci ildə ilk dəfə artıb.

Ölkəmizdə də yoluxanların sayında artım müşahidə olunur.

İyulun 18-ə olan məlumata görə, indiyədək Azərbaycanda 794 min 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 32 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib, 5 milyon 300 mindən çox insan hər iki doza vaksinasiya olunub.

Hazırda aktiv xəstə sayı 901 nəfərdir. Ötən gün 68 yoluxma faktı qeydə alınıb, 34 nəfər isə müalicə olunaraq sağalıb.

Buna görə də ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edib.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN