"Mən gündəlik praktikamda beynəlxalq kardiyovasküler risk skorlamasından (ürək-damar riskinin qiymətləndirilməsi) istifadə edirəm". 

Bunu TEZADLAR.TV-nin efirində kardioloq, tibb elmləri doktoru, professor, (Abdullayev Cahangir Məmməd oğlu) C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının ,İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (SeçenovUniversiteti) Bakı filialının “Daxili Xəstəliklər” kafedrasının professoru Tofiq Cahangirov bildirib.

Kardioloq qeyd edib ki, kardioloji xəstəliklər sırasında əsasən ürəyin işemik xəstəliyi, arterial hipertenziya, ürək çatışmazlığı, ürək ritminin pozulması halları daha çox yer alır.

"...Bizim məqsədimiz heç də o deyil ki, xəstə şikayət edir və biz də xəstənin şikayəti əsasında diaqnozunu qoyuruq. Ürəyin işemik xəstəliyi, stenakardiyadır ki, bu, ürək nahiyəsində olan ağrılardı, döş sümüyünün arxasında olan göynədici ağrılardır, ürək döyüntüsüdür, ürək çatışmazlığında olan təngnəfəslikdir və s. Hər bir xəstəliyin özünün xarakterik şikayətləri var. Bizim məqsədimiz heç də o deyil ki, xəstə şikayət edir və biz də xəstənin şikayəti əsasında diaqnozunu qoyaq. Xeyr. Mən gündəlik praktikamda beynəlxalq kardiyovasküler  risk skorlamasından  (ürək-damar riskinin qiymətləndirilməsi ) istifadə edirəm. Yəni xəstəlik var, amma xəstənin şikayəti yoxdur. Bizim də məqsədimiz odur ki, o skorun əsasında həmin xəstəliyi erkən dövrdə aşkar edək ki, gələcəkdə ağırlaşmalara yol açmasın. Əsas məqsədimiz budur. Əlbəttə, şikayətlər olduqda da hər bir şikayəti dəqiqləşdirmək mümkündür", - deyə bildirib.

Məşhur kardioloq son illər geniş yayılmış qəfləti ölümlərə də toxunub: "Vaxtında aşkar edilmiş xəstəliklər qəfləti ölümlərə səbəb olmur. Məsələn, ürəyin işemik xəstəliyidir, stenakardiyadır... Çünki onlar müxtəlif formalarda olur. Bayaq qeyd etdiyim şikayətlər tipik formalardı – xəstənin döş sümüyünün arxasında olan ağrılar və s. Amma atipik forması var ki, miokard infarktının – xəstənin mədən nahiyəsində, qarın boşluğunda ağrılar olur. Yaxud da boğulma ilə müşayət olunur, ritm pozulması olur...

Lakin qəfləti ölüm o zaman baş verir ki, xəstəlik gizli gedir, xəstə vaxtında müayinə və müalicə olunmur, hansısa stressdən, hətta mənfi, müsbət emosiyalardan, hansısa məclisdə çox qida qəbul edilir... Hansı ki, miokard infarktından, ritm pozğunluğundan... ola bilər".

O, qeyd edib ki, idmançılar arasında da qəfil ölümlər çox olur.

Kardioloq əlavə edib ki, o idmançılarda ki, gizli gedən xəstəliklər olur ki, onlarda da bu səbəbdən qəfil ölümlər baş verir.

Xatırladaq ki, Tofiq Cahangirov Rusiyanın "Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti" və "Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası"nın, "Avropa Ürək Çatışmazlığı Cəmiyyəti"nin, "Avropa Kardiologiya Cəmiyyəti"nin həqiqi üzvü, eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Jurnalının Baş redaktorudur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN