"...Bu xəstəlik bütün dünyada yayılıb, amma Azərbyacan əhalisi üçün əsas faktor həyat tərzimizdir".

Bunu TEZADLAR.TV-nin efirində kardioloq, tibb elmləri doktoru, professor, (Abdullayev Cahangir Məmməd oğlu) C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının "Daxili Xəstəliklər" kafedrasının professoru Tofiq Cahangirov gənclər arasında ürək-damar xəstəliklərinin artmasından danışarkən bildirib.

"Təəssüflər olsun ki, çox insanlarda, həmçinin gənclər arasında da ürək-damar xəstəlikləri geniş yayılıb. Bu xəstəlik bütün dünyada yayılıb, amma Azərbyacan əhalisi üçün əsas faktor həyat tərzimizdir. Düzdür, ürək-damar xəstəliklərində yalnız həyat tərzi rol oynamır – burada irsi anamnez, genetik faktorlar da rol oynaya bilər. Amma ən çox hallarda bu xəstələrdə oturaq həyat tərzi təsir etmiş olur. Oturaq həyat tərzi nədir? Oturaq həyat tərzi piylənmədir, arterial hipertenziyadır-təzyiqin yüksəlməsi, şəkərli diabetdir... bütün bunlar ürək-damar xəstəliklərinin, miokard infarktının əmələ gəlməsinə səbəb olur.

Bundan başqa, zərərli vərdişlərdir. Zərərli vərdişlər - siqaret çəkməkdir, alkaqol qəbul etməkdir, energetik içkilər, geynerlər - idman  qidaları, fəsfutlar, yağlı qidalardır", - deyə kardioloq vurğulayıb.

Xatırladaq ki, Tofiq Cahangirov Rusiyanın "Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti" və "Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası"nın, "Avropa Ürək Çatışmazlığı Cəmiyyəti"nin, "Avropa Kardiologiya Cəmiyyəti"nin həqiqi üzvü, eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Jurnalının Baş redaktorudur.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN