Preparatın istifadəsinə dair təlimatda dərmanı 2 yaşından istifadə etmək olar, bu tərkibə malik digər firmaların dərmanlarının isə ümumiyyətlə 12 yaşından sonra istifadəsinə icazə verilirmiş...

Özbəkistanın uşaq ombudsmanı Aliyə Yunusova ölənlərin yaxınlarına istinadən bildirib ki, “Doc-1 Max” dərmanını qəbul etdikdən sonra bir neçə vilayətdən olan 18 uşaq ölüb. Ölənlərin yaşı 6-dan aşağı olub, onlardan 15-i 3 yaşa qədər uşaq olub.

 TEZADLAR.AZ xəbər verir ki, Ali Məclisin uşaq hüquqları üzrə müvəkkili Aliyə Yunusova dekabrın 24-də Səmərqənd vilayət prokurorunun birinci müavini və digər rəhbər şəxslərlə birlikdə “Doc-1 Max” (Hindistan istehsalı) həb və siropu qəbul edən 15 uşağın ölümü ilə bağlı məlumatı araşdırıb.

Bu barədə Özbəkistan Ombudsmanının mətbuat xidməti məlumat yayıb.

 Araşdırma zamanı məlum olub ki, sentyabr-dekabr aylarında rayon uşaq çoxprofilli tibb mərkəzində kəskin böyrək çatışmazlığından əziyyət çəkən 21 uşaq müalicə olunub. Xəstələr Cizak, Kaşkadərya, Nəvai və Səmərqənd vilayətlərindəndir. 3 xəstə sağalaraq evə buraxılsa da, 18 nəfər dünyasını dəyişib. Bütün uşaqlar 6 yaşdan kiçik olub və onlardan 15 uşaq 3 yaşa qədər olanlar imiş.

Uşaqların yaxınlarından xəstəliyin səbəblərini soruşduqda onlar soyuqdəymə əlamətlərinin olduğunu və “Doc-1 Max”  (“Dok-1 Makc”) qəbul etdikdən sonra hallarının pisləşdiyini bildiriblər. Hər 10 ml preparatın tərkibində parasetamol - 500 mq, guaifenesin - 200 mq, fenilefrin hidroxlorid - 10 mq var. Mütəxəssislər qeyd ediblər ki, preparatın istifadəsinə dair təlimatda dərmanı 2 yaşından istifadə etmək olar, bu tərkibə malik digər firmaların dərmanlarının isə ümumiyyətlə 12 yaşından sonra istifadəsinə icazə verilirmiş.

  Bununla belə, dünyasını dəyişən xəstələrin heç birinə ölümdən sonra müayinə aparılmayıb.

 Hazırda Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupu araşdırmaları davam etdirir. Səmərqənd prokurorluğu hər ölüm hadisəsini araşdırır. Uşaq Ombudsmanı Səmərqənd rayon prokurorunun birinci müavinini “vəziyyəti hərtərəfli öyrənməyə və hər bir işdə günahkarların cəzasız qalmamasına, qanunun aliliyinin təmin olunmasına” çağırıb.

 Özbəkistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu hələlik uşaq ölümü faktı ilə bağlı açıqlama verməyib.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN