Hipertoniya xəstələrinin işi asanlaşır, süni intellekt bunu da bacardı.  Bunun üçün  neyron şəbəkəsi yüksək qan təzyiqi diaqnozu üçün yüzlərlə vokal biomarkerdən istifadə edir.

Beləliklə,  süni intellekt hipertoniya əlamətlərini səslə aşkar etməyi öyrənib.

TEZADLAR.AZ “24KZ”yə istinadən xəbər verir ki, proqram ABŞ alimləri tərəfindən yaradılıb.

Təcrübə çərçivəsində 245 iştirakçı iki həftə ərzində və gündə altı dəfəyə qədər səslərini yazıb və xüsusi proqrama göndərib. İki həftənin sonunda nəticələr dəqiqlik göstərdi: qadınlar üçün - 84 faiz, kişilər üçün - 77 faiz.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hipertoniya dünyada hər dörd nəfərdən birinin həyatını təhdid edir. Gözlənilir ki, səs texnologiyaları orqanizmin təhlükəli vəziyyətinin diaqnozunu sadələşdirəcək və vaxtında tibbi yardım almağa kömək edəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN