Meymun çiçəyinə bənzər simptomları olan əcnəbi İstanbulun mərkəzində karantinə alınıb. Həmin  şəxs Afrikadan gəlib.

Əvvəllər Türkiyədə  meymun çiçəyinə yoluxma halları ilə bağlı heç bir məlumat qeydə alınmayıb.

Vəziyyətlə əlaqədar olaraq tibb qurumları infeksiyanın mümkün yayılmasının qarşısını almaq üçün onun getdiyi yol və təmasları ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.

"Bədənində meymun çiçəyi əlamətləri olan əcnəbi Bəyoğlunun mərkəzi rayonunda karantinə alınıb. Həkimlər analiz üçün kişinin bədənindən nümunələr götürüblər"- NTV xəbər verib.

Karantin tədbirlərinə xəstənin sağlamlıq vəziyyətinin ciddi şəkildə yoxlaması, eləcə də onun təmasda ola biləcəyi şəxslərin monitorinqi daxildir.

Mütəxəssislər, xüsusilə qloballaşma şəraitində, belə səyahətlərin gözlənilməz nəticələrə səbəb ola biləcəyi ekzotik xəstəliklərin potensial epidemiyalarına qarşı diqqətli olmağın vacibliyini vurğulayırlar.

Ayrıca olaraq, ÜST Afrikada meymun çiçəyi xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hal elan etdi. Həmçinin 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçi və damğalayıcı dildən qaçmaq üçün dünyada, xüsusilə Avropada təsiri olan “meymun çiçəyi”

(monkeypox) virusunun adının "Mpox" adlandırılmasına qərar verdiklərini açıqladı.

 Qeyd edək ki, meymunçiçəyi – virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir. Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.

Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir.

Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər.

Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.

TƏBİB-in məlumatına görə, indiyədək Azərbaycanda bu xəstəliyə yoluxma halına rast gəlinməyib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN