Dünyanın bir sıra ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyanın ötürülmə sürəti yüksək olaraq qalır. COVID-19-un "omikron" ştamı isə yoluxuculuq göstəricilərinə görə üstünlük təşkil edir. İndiyədək virusun "alfa", "beta", "delta", "omikron" və s. ştamları yayılıb. Son günlər isə Böyük Britaniya ərazisində COVID-19-un "XE" adlandırılan yeni ştamının "omikron"dan daha yoluxucu olduğu deyilir.

"Ölkəmizdə infeksiyaya yoluxma sayında azalma ümid yaratsa da, hələ pandemiyanın başa çatmasından danışmaq tezdir".

Bunu həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, virus mutasiyaya uğradıqca hər yeni növdə daha çox və daha tez-tez yoluxma baş verir: "İnfeksiyaya yoluxduqca insanlarda virusa qarşı immunitet əmələ gəlir, qoruyuculuq artır. Həmin hallar yoluxmanın sayını azalda bilər. Ancaq buna baxmayaraq, bəzi ölkələrdə yoluxma sayında artım müşahidə edilir. Yoluxma sayı nə qədər az olsa da, yenə də maskadan istifadə etmək və peyvənd olunmaq vacibdir. "Buster" doza olunmayanlar mütləq şəkildə həmin dozanı vurdurmalıdırlar. COVID-19 xəstələrinin sayı tam sıfıra düşməyincə və uzun müddət sıfırda davam etməyincə xəstəliyin başa çatdığını demək olmaz".

Xatırladaq ki, Çində yoluxma sayı yenidən artmaqdadır. Belə ki, Çində son sutkada yeni növ koronavirusa 29 411 yeni yoluxma aşkar edilib. Eyni zamanda qeyd olunur ki, bu, pandemiya dövrünün rekord göstəricisidir. Bütün bunları nəzərə alaraq qeyd edək ki, infeksiyadan qorunmaq üçün gigiyenik qaydalara əməl olunması aktuallığını itirməyib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN