Dünyada son iki ildə diabet xəstələrinin sayı 74 milyon artıb.

 “Koronavirus (Covid-19) əleyhinə peyvənd istehsal edən Türkiyə dərhal insulin istehsalına başlayacaq.”

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında qeyd edib.

 “İnsulin daha Türkiyədə istehsal olunacaq. Xroniki xəstəlik olan diabetdə həyati əhəmiyyət kəsb edən insulinin yerli istehsalı üçün hərəkətə keçdik. Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi şirkətlərə bu barədə müraciət edib. Koronavirus (Covid-19) əleyhinə peyvənd istehsal edən Türkiyə insulin istehsalına dərhal başlayacaq”, - deyə bildirib.

***

 Xatırladaq ki, insulin qandakı bir çox qida maddəsi ilə yanaşı, xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur.

 Dünyada  şəkər xəstələrinin sayı isə ilbəil  artır. Mütəxəssislər bu xəstəliyin daha çox həyat tərzi, qidalanma və stresslə bağlı olduğunu bildirirlər.

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyona yüksəlib. Yəni, daha dəqiq desək, xəstəliyə tutulanların sayı son iki il ərzində 74 milyon artıb.

Bu rəqəmin 300 minə qədəri Azərbaycanın payına düşür. 2017-ci ildə isə bu rəqəm 243 min nəfər olub. Göründüyü kimi, o qədər də az fərq  deyil, təqribən 50 mindən artıq. Bu rəqəm 4 il ərzində olan artımdır. Hər il təqribən  (ən azı) 12 min 500 nəfər xəstə sayının artması deməkdir. 10 milyonadan bir qədər artıq əhalisi olan Azərbaycan üçün kiçik rəqəm deyil.

Qeyd edək ki, Azərbaycanda şəkərli diabet xəstələrinə insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri pulsuz verilir. Hər il dövlət bu xəstəlikdən əziyyət çəkənlər üçün lazım olan dərman vasitələrini xaricdən idxal edir.

JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN