"2021-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800 mln. manat istifadə olunub"
Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezidentin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Belə ki, 11 rayon və şəhərdə ziyanın aradan qaldırılması üçün indiyədək 124 mln. manatdan çox vəsait xərclənib. O cümlədən, nəzərdə tutulan 13 295 obyektdən, 12 824 yaşayış və qeyri-yaşayış tikililərində təmir-bərpa işləri 96,5% icra olunub", -  Baş nazir vurğulayıb.
Əli Əsədov " 2021-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800 mln. manat istifadə olunub. Əhalinin vaksinasiyası üçün 433 mln. manat vəsait ayrılıb" , -  deyə bildirib.
Qeyd edək ki, minfin.com-un son (14 aprel) məlumatına görə,  Azərbaycanda əhalinin ümumilikdə  5 milyon  332min  840 nəfəri, yəni 51,77% - i peyvənd vurdurub.
Onlardan 4 milyon 834 min 938 nəfəri, yəni 46,93 %-i hər iki peyvəndi vurdurub, 3 milyon 171 min 804 nəfəri, yəni 30,79%-i isə büster dozanı da vurdurub.
Və beləliklə də ümumilikdə əhaliyə 13 milyon 574 min 804 doz peyvənd istifadə olunub.
Y.Məmmədli
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN