Bakıdakı apteklərdə “smekta” dərman paraşokları yoxa çıxıb.

 Bu barədə saytımıza artıq bir neçə şəxs bildirib.

Qeyd edək ki, "smekta" kiçik paketlərdə paraşok halında olan vanil ətirli, şirin dada malik bağırsaq pozulmaları əleyhinə olan bir dərmandır. Əsasən mədədəki qıcqırmanı, bağırsaqdakı köpü aradan götürür, ishalın qarşısın alır. Yarım stəkan ilıq suya qatılaraq içilən bu dərman, hətta körpə uşaqlara da təyin edilirdi. Və bu da onun daha etibarlı olmasından xəbər verirdi.

 “Smekta” (imodiumdan fərqli olaraq) müalicəvi xüsusiyyətə malik olduğu üçün təlabat çox olurdu – qiyməti də münasib idi. Həmçinin diareya ilə mübarizədə ən effektiv dərman vasitəsi hesab edilirdi. Lakin son zamanlar bu dərmanlar apteklərdən yoxa çıxıb.

Bakı apteklərində apardığımız araşdırma zamanı məlum oldu ki, döğrudan da dərman birdəfəlik yoxa çıxıb, axtarmağa dəyməz. Dərman depoları isə bu dərmanın daha Azərbaycana gətirilmədiyini bildirdilər. Lakin tutarlı bir səbəb açıqlanmır.  

Mövzunu diqqətdə saxlayacağıq.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN