"Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O, bildirib ki, Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə kifayət qədər yaxşı rəqəmlərdədir. Bu həm Bakı, həm də regionlar üzrə yaxşı göstəricidir: "Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir".

V.Qurbanovun sözlərinə görə, hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır: "Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN