Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştamlarının ortaya çıxacağını gözləyir.

Bunu ÜST-nin eksperti Mariya van Kerkxove təşkilatın "Twitter" səhifəsində yayımlanan sual-cavab seansında deyib.

"Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha yoluxucu olma ehtimalını gözləyirik", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu ştamlarda yoluxma xəstəliyin daha ağır gedişinə gətirib çıxarıb-şıxarmıyacağını mütəxəssislər hələ bilmir.

Bununla bağlı ekspert hələ peyvənd olunmayan hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN