Gürcüstanda vətəndaşlar dərman alışında 51 milyon lariyə qənaət ediblər – bir ay ərzində

***

Gürcüstanda əvvəllər çox baha olan dərmanlar, indi Türkiyədən ucuz qiymətə idxal edilməsi səbəbindən  60-80% ucuzlaşıb. Bu dərmanlar nəinki onların səhhətinə, cibinə də xeyri olub.

 Qeyd edək ki, ötən il Gürcüstanın baş naziri İrakli Qaribaşvili televiziyada çıxışı zamanı ölkədə dərmanların qiymətlərinin çox baha olduğuna diqqət çəkərək bildirmişdi ki,  elə dərmanlar var - 10 laridir, Türkiyədə isə 1-2 lari ola bilər: “Əczaçılıq sənayesinin yüksək inkişaf etdiyi Türkiyədən dərmanların idxalına niyə məhdudiyyət qoyulur sualına bu gün cavab yoxdur. Türkiyədə əczaçılıq sahəsi və biznesi çox inkişaf edib. Son illərdə yüksək texnologiyalı əczaçılıq fabrikləri yaranıb və bu, bütün sivil ölkələr tərəfindən qəbul edilir. Biz idxal qərarı verən kimi dərmanlar ucuzlaşa bilər”.

...Baş nazirin bu iradından sonra Gürcüstana Türkiyədən ucuz və keyfiyyətli dərman preparatlarının idxalına başlanıldı.

Gürcüstan KİV-nin məlumatına görə, baş nazir İrakli Qaribaşvilinin hökumətin fəaliyyəti ilə bağlı yazılı hesabatında qeyd edilib ki, bu gün Gürcüstan aptek şəbəkələrində Türkiyədən gətirilən 400-dən çox adda dərman var və onların sayı hər gün artır.

“İslahatlarımız nəticəsində nəzərəçarpacaq dəyişikliklər baş verdi və bu da öz əksini qiymətlərin 60%-dən 80%-ə qədər endirməsində tapıb. Bu ilin mart ayından 155 mindən çox vətəndaşımız Türkiyədən gətirilən dərman preparatlarını alıb və köhnə qiymətlərlə 74 milyon deyil, ümumilikdə 23 milyon lariyə yaxın pul ödəyiblər. Bu isə martın 1-dən bu günə qədər 51 milyon lariyə qədər əhəmiyyətli qənaətimizin olduğu deməkdir”,- deyə hesabatda vurğulanıb.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN