Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur.

Pin It

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib.

Pin It

 “Baktelecom” MMC  maliyyə hesabatını dərc edib.

Pin It

Elmi-texniki tərəqqinin hazırkı inkişaf səviyyəsi insanın həyatının və əmək fəaliyyətinin böyük hissəsinin qapalı mühitlərdə keçməsinə səbəb olmuşdur. Belə qapalı mühitlərə əsasən insanın yaşayış mənzilləri və inzibati iş otaqları aiddir. Həmin yerlərdə havanın kimyəvi, bioloji çirklənməsi və mikroiqlim amillərinin dəyişilmələri orqanizmə kompleks şəkildə təsir göstərməklə insanların ümumi əhvali ruhiyyəsinin pozulmasına, iş qabiliyyətinin azalmasına, bəzi xroniki xəstəliklərin ağırlaşmalarına və ümumiyyətlə sağlamlığın bu və ya digər dərəcədə pozulmasına səbəb ola bilir. Otaqların daxili mühitini çirkləndirən mənbələr içərisində insanın özünün həyat və məişət fəaliyyəti məhsulları mühüm yer tutur.

Elmi şəkildə sübut edilmişdir ki, insan orqanizminin həyat fəaliyyəti nəticəsində onu əhatə edən qapalı mühitin havasına 400-ə qədər müxtəlif kimyəvi birləşmə (antropotoksinlər) xaric olur. Öyrənilmişdir ki, həmin maddələrin hər beşdən biri (təxminən 20%-i) yüksək təhlükəli maddələrə (2-ci sinif təhlükəli) aiddir. Bunlara dimetilamin, hidrogen-sulfid, azot 4-oksid, etilen oksidi, benzol və s aiddir. Həmin maddələrdən dimetilamin və hidrogen-sulfidin miqdarı bir qayda olaraq atmosfer havası üçün yol verilən miqdar həddindən (YVMH) yüksək, karbon oksidin, karbon 4-oksidin və ammonyakın miqdarı isə ya YVMH-i səviyyəsində qalır və ya ondan cüzi yüksək olur. Üçüncü sinfə aid yəni orta təhlükəli maddələrə asetaldehid, ksilol, toluol, etilbenzol kimi maddələr aiddir. Digər antropotoksinlərə YVMH-nin onda biri və daha az miqdarda rast gəlinir. Baxmayaraq ki, onların havadakı miqdarı ayrı-ayrılıqda az miqdarda olur, amma bu kimyəvi maddələrin birlikdə olması hava mühitini  tənəffüs üçün əlverişsiz etdiyindən 2-3 saat  belə şəraitdə işləyənlərdə yorğunluğun artması və nəticədə zehni fəaliyyətin azalması müşahidə olunur. Təcrübələrlə öyrənilmişdir ki, ventilyasiya olunmayan otaqlarda antropotoksinlər hesabına hava mühitinin ağırlaşması (pisləşməsi) oradakı insanların sayı və iş müddətilə mütənasib şəkildə yüksəlir.

İnsanın məişət fəaliyyətilə bağlı bir sıra proseslər də hava mühitini çirkləndirən mənbələrdən hesab olunur. Mənzillərin qazlaşdırılması, onların abadlığını yüksəltsə də, elmi tədqiqatların nəticələri göstərmişdir ki, qazın açıq yanması zamanı mənzillərin hava mühitinin kimyəvi tərkibi xeyli dəyişilir, mühitə müxtəlif  kimyəvi təpkibli maddələrin xaric olmasilə yanaşı, mikroiqlimin  fiziki göstəricilərinin (temperatur, rütubət, hava cərəyanı və s.) də  pisləşməsi baş verir.   

Sübut olumuşdur ki, qazın bir saat yanması zamanı otağın havasında karbon oksid -15 mq/m3, formaldehid – 0,037 mq/m3, azot oksidi – 0,62 mq/m3, karbon 4-oksid – 0,44 mq/m3, benzol – 0,07 mq/m3 səviyyədə olur. Həmçinin bu maddələr mətbəxdən  digər otaqlara da yayılaraq yüksək konsentrasiyaya çatır. Mətbəxdə qaz yanan zaman otaqlarda havanın temperaturu 3-60C, rütubət 10-15% -ə qədər yüksəlir. Qaz söndürüldükdən sonra havaya qarışmış bu kimyəvi maddələrin miqdarı yalnız 1,5-2,0 saatdan sonra ilkin həddə qədər azala bilir.

Mənzil havasını çirkləndirən mənbələrdən biri də məişət çirkləndiricisinə aid olan papiros çəkməkdir. Müasir tədqiqat üsulları ilə sübut olunmuşdur ki, papiros tüstüsü ilə havaya 186 müxtəlif kimyəvi  maddə daxil olur. Bu maddələrdən karbon, azot və kükürd oksidləri, stirol, ksilol, benzol, etilbenzol, nikotin, formaldehid, hidrogen-sulfid, fenol, akrolein, asetilen, benz(a)pirenin miqdarı havada xeyli yüksək konsentrasiyada olur. Öyrənilmişdir ki, papiros tüstüsünün passiv papiros çəkənlərə (papiros çəkənlərlə bir yerdə olub, amma papiros çəkməyənlər) də təsiri böyükdür. Belə ki, həmin şəxslərdə papiros tüstüsünün təsirindən gözün selikli qişasının qıcıqlanması, qanda karboksihemoqlobinin  miqdarının  artması, nəbzin sürətlənməsi, arterial təzyiqin yüksəlməsi halları baş verir. Hazırda bronx-ağciyər sistemi xərçənginin yaranması səbəbi bilavasitə papiros çəkmə ilə əlaqələndirilir.  Belə hesab edilir ki, gündə təxminən 40 ədəd papiros çəkən şəxsin ağciyərinə havada olandan əlavə 150 mq benz(a)piren daxil olur. Şərh olunanlardan belə qənaətə gəlmək olar ki, qapalı mühitlərin havasının fiziki, kimyəvi və bioloji parametrlərinin əlverişsiz  istiqamətdə dəyişməsi insanın əmək qabiliyyəti azaltmaqla yanaşı, onun sağlamlığı üçün də risk amili ola bilər. Odur ki, belə mühitlərdə  risk  amillərini azaldan yeganə vasitə kimi effektli ventilyasiya (təbii və süni-sorucu, gətirici, ümumi mübadilə) qurğularından istifadə etməklə hava mübadiləsi rejiminə ciddi əməl olunmalıdır.

Səmədov Ş.X.

Əli F.M.

ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının dosentləri

Pin It

Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN