“Fransa şirkəti uçulmuş evlərin materiallarını emal edərək yeni tikinti materialları yaradır və elə onlarla da yeni ev və binalar tikir”.

***

Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti olaraq Ukrayna Ticarət və sənaye palatasında səmərəli görüş keçirdik.

 Bunu MCP lideri, millət vəkili Razi Nurullayev bildirib.

O, diqqəətə çatdırıb ki, ölkə müharibə şəraitində olsa da Ukrayna və Azərbaycan arasında xeyli sahələr üzrə biznes əlaqələrinin genişləndirilməsi mümkündür, həmçinin konkret layihələr də var.

Millət vəkili ümid edir ki, hər iki ölkənin iş adamları arasında səmərəli körpülər yaratmaq  mümkün olacaq.

“Məlumat verildi ki, hazırda dağılmış ərazilərdə bir Fransa şirkəti uçulmuş evlərin materiallarını emal edərək yeni tikinti materialları yaradır və elə onlarla da yeni ev və binalar tikir. Əslində bu, bizim üçün də maraqlıdır. Çünki 30 ildə ermənilərin xaraba qoyduğu ərazilərimiz uçulmuş evlərlə doludur.

Digər maraqlı məsələ isə odur ki, Ukrayna Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Onların fikrincə, mentalitet cəhətdən yaxınıq və tez dil tapa bilirik. Avropalılar ilə çətindir, çünki onlar çox düşünür, götür-qoy edir, riskləri uzun-uzadı hesablayır və illərlə vaxt gedir. Bu da təmamilə doğrudur”, - deyə Razi Nurullayev diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gündən millət vəkili, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gəlib.

 Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN