Bu gün Müsəlman dünyası başqalarına əl tutmağı və imkansızlara yardım etməyi təşviq edən Ramazan bayramını qeyd edir. TEZADLAR.AZ xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
O, diqqətə çatdırıb ki, hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibir.
"Hazırda dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır. Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Müqəddəs Ramazan ayında olduğu kimi digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddin azalda bilərlər.
Bayramınız mübarək!
Allah oruc və dualarınızı qəbul etsin!", -deyə diqqətə çatdırıb.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN