Təbii Sərvətlər Nazirliyi mayın 10-dək hər cümə gününü “Avtomobilsiz gün” elan edib.

Özbəkistan Respublikasının Təbii Sərvətlər Nazirliyi aprelin 10-dan mayın 10-dək davam edəcək “Təmiz hava” aylığı çərçivəsində bütün nazirlik, müəssisə və idarələrin əməkdaşlarını hər həftənin cümə günü “Avtomobilsiz gün” keçirməyə çağırıb.

“Bu aksiyanın məqsədi nəqliyyat vasitələrinin ətraf mühitə təsirini azaltmaq, eləcə də sağlam həyat tərzi üçün velosipeddən istifadə etməkdir”, - məlumatda deyilir.

Xatırladaq ki, bundan öncə də Daşkənd hökuməti aprelin 28-də “Avtomobilsiz gün” keçirəcəyini elan etmişdi. Şəxsi avtomobillərlə gediş-gəlişin azaldılmasına, ictimai nəqliyyatın, velosiped sürməyin və piyada gəzməyin üstünlüklərinin əhali arasında təbliğinə yönəlmiş “çoxsaylı tədbirlər” elan edilib.

Özbəkistanda təklif edilən bu tədbir Azərbaycanda da keçirilsə pis olmaz. Ekologiyamıza, sağlamlığımıza töhfə vermiş olarıq.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN