Beynəlxalq Respublika İnstitutu (IRI) tərəfindən aparılan yeni ictimai rəy sorğusunun nəticələrinə əsasən, Gürcüstan əhalisinin 89%-i ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

TEZADLAR.AZ xəbər verir ki, sorğuya əsasən, ötən ilin payızında keçirilən əvvəlki sorğu ilə müqayisədə Aİ-yə üzvlük üçün dəstək 4% artaraq tarixi maksimuma çatıb. Rəyi soruşulanların 75%-i Gürcüstanın Avropaya inteqrasiyasını tam, 14%-i isə qismən dəstəklədiyini bildirib. Respondentlərin üçdə biri (34%) “siyasi qeyri-sabitliyi” Aİ-yə inteqrasiya yolunda əsas maneə hesab edir, 17%-i isə Aİ-nin tövsiyələrinin yerinə yetirilməməsini birliyə üzv olmaq üçün başlıca əngəl kimi görür. Bundan başq respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır, 9% isə qəti şəkildə əleyhinədir.

Qeyd edək ki, sözügedən sorğu martın 4-dən martın 23-dək (işğal olunmuş ərazilər istisna olmaqla) bütün Gürcüstan üzrə yetkin əhali arasında üzbəüz aparılıb. Sorğuda 1500 respondet iştirak edib.

24News.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN