Cari ilin əvvəlindən Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin beş rayonundan 41 min tondan çox zibil yığılaraq zibilliklərə daşınıb.

Bu barədə Astana şəhərinin akimliyindən məlumat verilib.

Şəhər rəhbərliyindən verilən məlumata görə, paytaxtın hər bir rayonunda icazəsiz zibilliklərin olub-olmaması ilə bağlı gündəlik monitorinq keçirilir və onların aradan qaldırılması istiqamətində əməliyyat işləri görülür.

Zibil poliqonların aşkarlanması ekologiya polisi ilə birgə həyata keçirilir, sakinlər də köməklik göstərirlər.

Qeyd edək ki, Qazaxıstanda ötən ilin sonunda baş nazir amirliklərə 2023-cü il iyunun 1-dək bütün icazəsiz zibilxanaların ləğv edilməsini, zibilxanaların ekoloji və sanitar normalara uyğunlaşdırılması istiqamətində işləri sürətləndirməyi tapşırıb.

Xatırladaq ki, Qazaxıstan Respublikasının Statistika Komitəsinin 2022-ci il dekabrın  1-ə olan məlumatına görə, Astanada əhalinin sayı 1 350 228 nəfər olub.

 Qeyd edək ki, Azərbaycan paytaxtında daşınan zibilin rəsmi statistikasına rast gəlinmədiyi üçün açıqlamaq mümkün olmadı.

Lakin rəsmi statistikaya görə, Gəncədən gün ərzində 250 tondan çox məşiət tullantısı daşınır. Bu rəqəm çox böyükdür, həm də əhalisinin sayı 330 mindən bir qədər artıq olan Gəncə üçün. Diqqətə çatdıraq ki, Gəncə şəhərində əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə şəhər üzrə 330,3 min nəfər olub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN