Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyaya tərəf plastik butulkalardan tutmuş peyinə qədər müxtəlif zibilləri daşıyan 200-dən çox şar buraxıb.

Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəislərinə istinadən xəbər verir ki, KXDR sərhəddən Cənubi Koreyaya içərisində zibil olan 200-dən çox şar göndərib.

İnsident Şimali Koreyanın mayın 26-da Pxenyana qarşı vərəqələrin paylanmasına cavab olaraq Cənubi Koreyanın sərhəd bölgələrinə “tullantı kağızı və kir yığınları” səpəcəyi ilə hədələməsindən sonra baş verib.

Hərbçilərin məlumatına görə, şarlar mayın 28-i axşam saatlarında iki ölkə sərhədini keçməyə başlayıb və ölkənin müxtəlif yerlərində düşüb.

Şarların içərisində müxtəlif zibillər - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub. Agentlik qeyd edir ki, hərbçilər bu əşyaları ətraflı təhlil üçün toplayıblar.

“Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və insanların təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz Şimali Koreyaya qeyri-insani və vulqar hərəkətlərinə dərhal son qoyması üçün sərt şəkildə xəbərdarlıq edirik”, - deyə Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri bildirib.

Komitə Cənubi Koreya sakinlərinə yerə düşən həmin əşyalara toxunmamağı və hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edib.

Agentlik xatırladıb ki, 2016-cı ildə də Şimali Koreya belə hava şarlarını havaya buraxıb, hansı ki, o zaman avtomobillər və ev damları da zədələnib.

İllərdir ki, Cənubi Koreyada yaşayan Şimali Koreyalı qaçqınlar və fəallar hava şarlarının köməyi ilə bu cür vərəqələri KXDR-ə çatdırıblar.

Şimali Koreya dəfələrlə vərəqələrin paylanmasını dayandırmağa çağırıb.

 Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının şimal hissəsində yerləşir. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN