ABŞ-ın keçmiş prezidenti  - yenidən ən yüksək dövlət postuna can atan Donald Tramp, məhkəmələrin yüksək xərcləri səbəbindən təyyarələrindən birini satası olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Söhbət Cessna Citation X təyyarəsindən gedir, hansı ki, Tramp 2016-cı il seçki kampaniyası zamanı ondan tez-tez istifadə edib.

Onun dəyəri 10 milyon dollardır və İran əsilli tikinti maqnatı, həmçinin Trampın əsas donoru Merdad Moayedi tərəfindən alınıb.

Qeyd edək ki, Donald Tramp Kapitoliyə hücum, gizli sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə məhkəmə işində fiqurantdır.

Aprelin sonunda Bloomberg, Trampın seçki kampaniyasının maliyyə hesabatlarına istinad edərək, onun vəkillərə ödəniş etmək üçün vəsait çatışmazlığı ilə üzləşə biləcəyini bildirib.

 Nəşrin qeyd etdiyi kimi, o, hələlik donorların ianələrini qəbul edə bilən “Save America” siyasi fəaliyyət komitəsi sayəsində hüquqi ödənişləri ödəyir. Respublikaçılar Partiyasının Milli Komitəsi isə Trampın məhkəmə xərclərini ödəməkdən imtina edib...

Xatırladaq ki, ABŞ-nin 45-ci prezidenti olmuş Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA