Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər.

Bəs hansı kateqoriyaya aid  şəxslərə qısaldılmış iş saatı verilməlidir, həmçinin bu, maksimum və minimum neçə saat təşkil etməlidir?

Bu məsələyə İnsan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirib.

Mütəxəssis Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən qeyd edib ki,  qısaldılmış iş vaxtı tətbiq oluna hallar və həmin hallara əsasən müddətlər belədir

  1. 16 yaşınadək işçilər – həftəlik 24 saat;
  2. 16-18 yaş arası işçilər – həftəlik 36 saat;
  3. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslər - həftəlik 36 saat;
  4. Hamilə qadınlar - həftəlik 36 saat;
  5. Yaş yarımadək uşağı olan qadınlar – həftəlik 36 saat;
  6. 3 yaşınadək uşağı olan qadınlar – həftəlik 36 saat.

O, bu hallarla bağlı təcrübədə tətbiq olunan bəzi yanlışlıqları  da qeyd edib.

“Bəzən 3-cü qrup əlilliyi olan şəxsə də həftəlik 36 saat iş vaxtı təyin olunur. Bu, doğru deyil. Həmin işçilərin həftəlik 36 saat çalışması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik 36 saat iş vaxtının tələb olunması 1-ci və 2-ci qrup əlilliyi olan şəsxlərə aid edilir”, - Nihad Əliyev bildirir  .

Mütəxəssis “Digər bir məqam da 3 yaşınadək uşağı olan qadınlara bütün hallarda qısaldılmış iş vaxtının tətbiq olunmasının yanlışlığıdır. İlk növbədə, qeyd edək ki, həftəlik 36 saatlıq iş vaxtının təyin olunması yaş yarımadək uşağı olan qadınlara aiddir. Qadın uşağını yaş yarımdan sonra təkbaşına böyüdürsə, bu zaman ona həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı uşağın 3 yaşı tamam olana qədər tətbiq olunur”, -  deyə vurğulayıb.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN