İyulun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində 30 müəssisə iştirak edib. İşsiz və işaxtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 800-ə yaxın vakant iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq müxtəlif sahələri əhatə edib.

Yarmarkada eyni zamanda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 28 əmək yarmarkası keçirilib. Yarmarkalarda işsiz və işaxtaran şəxslərə 4417 vakansiya təqdim edilib, 206 şəxs işlə təmin edilib.

Tədbirlərdə ümumilikdə 180 dövlət müəssisəsi və özəl şirkətlər iştirak edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN