Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şüyxülislam Hacı Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti iyulun 23-də Tbilisidəki Cümə məscidində olublar.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantadze qonaqları qarşılayıb, onlara məscidin tarixi, burada saxlanılan nadir tarixi, mədəni və mənəvi abidələr barədə məlumat verib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə mövcud olmuş Şah Abbas məscidindən qalmış abidə, eləcə də XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Quran-i Kərimin nadir nüsxəsi ilə tanış olublar.

Sonra məsciddə Camaat namazı qılınıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN