Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib...

Ötən gün AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti  barədə süjet hazırlayıb.

 Süjetdə qeyd olunub ki, saat 18:00 olmasına baxmayaraq, AMEA-nın binasından heç kim çıxmayıb.

Bir müddət gözlədikdən sonra binaya daxil olan jurnalist içəridə də işıqların söndürüldüyünü görüb.

…Mühafizəçi rəhbərini çağırıb. O, isə jurnalistə bildirib ki, işçilərin çoxu məzuniyyətdədir və elm adamları səhər saat 10-da, 11-də işə gəlirlər…

Daha sonra jurnalist xanım - Röya Qarabağlı yaxınlıqdakı parkda istirahət edən ictimaiyyət nümayəndələrindən bu elm ocağı barədə fikirlərini soruşub. Cavablar isə heç də ürəkaçan olmayıb…

Qeyd edək ki, AzTV-nin hazırladığı həmin süjet AMEA barədə müzakirələrə yol açıb. Və sosial şəbəkələrdə də bu elm ocağının fəaliyyəti sərt tənqid olunub.

 Baş verənlərə professor Şahlar Əsgərov da münasibət bildirib.

 Onun sözlərinə görə, alimlərə vaxt məhdudiyyəti qoyulmamalı, onlara məmur kimi yanaşılmamlıdır. 

“O şəxslərə alim deyilir ki, onlar günün 24 saatını elm ilə məşğul olurlar. Amma biz bu insanları məmurlaşdırsaq, o, təbii ki, günün müəyyən saatını işə həsr edəcək. Həmişə çalışmaq lazımdır ki, alim məmur olmasın. O, öz vəzifəsini yerinə yetirməlidir. Onun işdə nə zaman olub-olmamasının elmi inkişafa heç bir dəxli yoxdur”.

 Şahlar Əsgərov vurğulayıb ki, elm azadlığı sevən nüansdır və alim də elmin bir hissəsi olduğu üçün o, da azadlığa meyil göstərir.

O, alimləri çərçivəyə salaraq onların müəyyən saatlarda işləməsini tələb etməyin çətin olduğunu, amma real şəraitə baxdıqda AMEA-da böyük islahatlara ehtiyac  olduğunu da vurğulayıb:

“Orada həm struktur, həm məzmun, həm də idarəetmə baxımından ciddi dəyişmələr edilməlidir”, - deyib.

 Ş.Əsgərov “İki cür idarəetmə forması var: İnzibati və demokratik. Akademiya ayaqqabı sexi deyil, ona görə də burada demokratik idarəetmə daha yerinədüşən olar”, - deyə bildirib.

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN