"Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağı hədəfləyir və Yerevandan cavab addımları gözləyir".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi TRT telekanalının efirində çıxış edərkən bildirib.

O, Ermənistan baş naziri Nikol Paşinyanla telefon söhbətini xatırladıb, söhbət zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirə edildiyini deyib.

"İlk gündən etibarən qırmızı xəttimiz Azərbaycan idi. Azərbaycan məsələsi həll edildikdən sonra "qapılarımızı açarıq" deyirdik.

Mən həmçinin Paşinyanın regional sülh və əməkdaşlıq baxımından bizimlə bənzər düşüncələri bölüşdüyünü eşitməkdən məmnun oldum. Artıq bəyanatlardan əlavə, konkret addımlar atılmasını gözləyirik. Biz Ermənistanla münasibətlərin normallaşması prosesində ciddiyik və qətiyyətliyik və Ermənistanla yaxşı qonşuluq münasibətləri qurmağı hədəfləyirik", - deyə R.T.Ərdoğan qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN