Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 1-dən etibarən ödənişli dayanacaqlara yaxın olan binaların sakinləri avtomobillərini pulsuz saxlaya biləcəklər.

Bu barədə Qazaxıstan KİV-i "Astanada parkinq məkanı" MMC-yə istinadən məlumat yayıb.

Bildirilir ki, bu qərar şəhər sakinlərini daha rahat etdirmək məqsədi daşıyır. 

Dayanacaq zonalarının siyahısı və müvafiq ünvanlar astanapark.kz internet saytında “sakinlər” bölməsində göstərilib.  Rezident abunə ilə bağlı müraciət etmək üçün yalnız veb saytında qeydiyyatdan keçmək və onlayn ərizə təqdim etmək lazımdır.  Astananın bütün digər sakinləri üçün parkinq üçün alternativ ödəniş üsulları təqdim olunur. 

Vaxta qənaət etmək istəyən sürücülər üçün abunələr mövcuddur. Abunə sahibləri şəhərin bütün ödənişli zonalarında ödəniş etmədən park edə bilərlər. Avtomatik fiksasiya sistemi etibarlı abunənin mövcudluğunu müəyyən edəcək.

 Xatırladaq ki, oktyabrın 1-dən Astanada parkinq etmək istirahət və bayram günlərində ödənişli olub. Belə bir qərarın küçə tutumunu artıracağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakı şəhərində isə avtomobil sahibləri parkinq etmək üçün hər addımbaşı ödəniş etməli olurlar.

odenish-heyet

Hələ bu azmış kimi, şəhərin yaşayış binalarının həndəvəri belə pullu xidmətə hazırlanır. Bu günlərdə mövzu ilə bağlı “Təzadlar” qəzetində https://tezadlar.az/index.php/en/agenda/21390-ayna-dan-surucul-r-surpri-z-hazir-olun-h-y-tl-r-saygac-qoyulur məqalə də dərc edilib. Artıq Bakıda bazar, dükan, restoran, xəstəxana ... qalmayıb ki, ətrafı, qarşısı, yan-yörəsi pulsuz dayanacaq olsun. Avtomobillə saatlarla tıxaclarda qalaraq benzin itkisi ilə üzləşmək bir yandan, o biri yandan isə yol kənarlarındakı pullu dayanacaqlar sürücülərin canını boğazına yığıb.

ayna-odenish

...Ödəniş etməyənləri isə cərimələnmək gözləyir. Cərimənin miqdarı nə qədər olacaq, bax bunu,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bilir.

 

P.S. Onu da qeyd edək ki,  "Astanada parkinq məkanı" MMC-nin səhifəsində bildirilir ki, şəhərdə ödənişli avtomobil dayanacaqlarının qiyməti 1 saatı 100 təngə təşkil edir, yəni Azərbaycan manatı ilə təqribən 30-40 qəpik arası..  

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN