Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.

Sənədləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Suleymanov və MLI prezidenti Perri Baltimor imzalayıblar.

Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.

Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.

İkinci mərhələyə əsasən, cari ilin noyabr ayında ANAMA-ya növbəti 6 baş minaaxtaran it təhvil veriləcək, hazırda onlar Texasda təlimlərə cəlb olunub.

MLI tərəfindən ianə edilmiş 8 baş minaaxtaran itin 2022-ci ilin iyun ayında, son 6 baş itin isə 2023-cü ilin iyul ayında gətirilməsi gözlənilir.

Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması Azərbaycanın Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, ANAMA ilə MLI arasında qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və uğurla davam etməkdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN