Avqustun 26-da Bərdə rayonunun Alpoud kəndindən Vətən müharibəsi şəhidi Rəhimli Elcan Ədalət oğlu və Kələntərli kəndindən şəhid Şükürov Sərvan Sarxan oğlunun ad günü ilə əlaqədar onların ailələri ziyarət olunub, məzarları üzərinə tər gül dəstələri qoyularaq əziz xatirələri yad edilib.

Bərdə RİH-dən verilən məlumata görə, Alpoud kəndində keçirilən tədbirdə rayonun icra başçısının müavini Fəqət Şadlinskaya, SHXÇDX-in nümayəndəsi Ceyhun Əsədov, Bərdə rayon UGİM-in direktoru Aynurə Əyyubova, Alpoud kənd orta məktəbinin müəllim və şagird kollektivi və kənd sakinləri iştirak ediblər. Sonra şəhid Elcan Rəhimlinin kənd ərazisində inşa olunan bulağının açılışı olub, məzarı ziyarət olunub.

Kələntərli kəndindən şəhid Şükürov Sərvan Sarxan oğlunun doğum günü münasibəti ilə keçirilən tədbirdə Bərdə RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, böyük məsləhətçisi Ziya İsmayılzadə, SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi Novruz Novruzov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri İsmayıl Rüstəmov, ”Qarabağ qaziləri” İctimai Birliyinin sədri Surəddin Səfərov, şəhidin qulluq etdiyi «N» saylı hərbi hissənin nümayəndələri və kənd camaatı iştirak ediblər.

Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin sücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açıblar.

Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

E.ŞİRİNOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN