Müğənni Aysel Əlizadəni həyat yoldaşı, iş adamı Elçin Nəcəfovla  münasibətdə olmaqda ittiham edən Turanə Nəcəfova yenidən “Səni axtarıram”verilişinə çıxıb və aparıcıdan üzr istəyib.

TEZADLAR.AZ xəbər verir ki, Turanə Nəcəfova aparıcı Xoşqədəm Hidayətqızının önündə diz çöküb. 

O, aparıcı ilə müğənnini məhkəmədə üz-üzə qoyduğu üçün vicdan əzabı çəkir:

“Çox utanıram. Mənə görə məhkəmələrdə əziyyət çəkdiniz. Mənə görə təhdid olundunuz, sizə pullar təklif olundu, yenə də məni tək qoymadınız. Yanımda oldunuz, bu gün də mənim yanımdasınız. Sizdə olan qeyrəti biz çox kişidə görməmişik. Təşəkkür edirəm”. 

Xoşqədəm Hidayətqızı isə Turanəyə “Niyə? Biz ki, məğlub olmadıq. Dəfələrlə qalib olduq. Əsas odur ki, sən aliment, evini aldın, övladınla görüşə bilirsən, onlar məktəbə gedirlər. Sən bunun üçün çalışırdın. Hər zaman yanındayam. Doğrudan da mənə çox pullar təklif olundu, təhdid olundum. Bunu bil ki, sən qalibsən”, - deyib. 

Xatırladaq ki, illər öncəsi Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir. 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN