Dünyada koronavirusa yoluxma halları getdikcə azalır və bir çox Avropa ölkələrində, Amerikanın bəzi ştatlarında, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar demək olar ki, bütün məhdudiyyətlər və qadağalar ləğv edilib.

TASS agentliyinin verdiyi xəbərə görə, bu gündən İsveçdə də əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər ləğv edilir.

Həm daxili, həm də açıq havada kütləvi tədbirlərə qatılanların sayına qoyulan məhdudiyyətlər bu gündən tamamilə ləğv edilir.

Artıq bu ölkədə COVID-19 pasportuna da ehtiyac yoxdur. Peyvənd olunmayanlar hələ də sosial məsafəni qorumağa və böyük yığıncaqlardan çəkinməyə çağırılır.

Restoranlardakı məhdudiyyətlər, məsələn, masalar arasındakı məsafə və insanların sayının maksimum olması kimi tələblər də aradan qaldırılır. Yenə gecə klublarında rəqs etmək mümkün olacaq.

COVID-19 simptomları görünən ölkə sakinlərindən evdə qalmaları və test etdirmələri xahiş olunur.

Biz Azərbaycanda vəziyyət necədir? Azərbaycanda da yoluxmaların sayı getdikcə azalır. Buna baxmayaraq, qadağalar, məhdudiyyətlər hələ də qalmaqdadır. Bu məhdudiyyətlərin nə vaxt ləğv edilməsi, insanların adi həyat tərzinə qayıdacaqları barədə dəqiq məlumat verilmir. İnsanlar demək olar ki, bu qadağa və məhdudiyyətlərdən yorulub, adi və normal həyat yaşamaq istəyirlər. Amma, bu hələ ki, baş vermir. Bizdə bu məhdudiyyətlər getdikcə daha da güclənir. Peyvənd olunmanın könüllü olmasına baxmayaraq, toylarda, iri müəssisələrdə, təhsil ocaqlarında peyvənd olunma pasportu tələb olunur. Bildiyimiz kimi, dünən Azərbaycanın təhsil müəssisələrində əyani formada dərslər başlayıb. Universitetlərdə, institutlarda tələbələrdən peyvənd pasporut tələb olunub. Nəticədə, bu təhsil ocaqlarının önündə görünməmiş sıxlıq yaranıb. Yoxlama prosedurunun mükəmməl olmaması, sıxlığın yaranmasına səbəb olub. Söz yox ki, insanların sağlamlığının qayğısına qalmaq dövlətin ən başlıca vəzifəsidir və bu istiqamətdə görülən tədbirləri də təqdirəlayiq saymaq olar. Buna baxmayaraq, bu sahədə boşluqlar mövcuddur.

Peyvənd pasportunu ləğv edən, məhdudiyyətləri aradan qaldıran qabaqcıl Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Ümid edirik ki, tezliklə bu koronavirus bəlasından xilas olacaq və normal həyata qayıdacağıq. 

  

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN