1955 -ci ilin 29 sentyabrında Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir.

Tarixdə bu gün - 29 sentyabr

1984-1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir.
Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, 1997-ci ilədək həmin vəzifədə qalmışdır. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.
17 may 2013-cü ildə vəfat etmişdir.

***

1956 - Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifov Laçın rayonunda anadan olmuşdur.

Tarixdə bu gün - 29 sentyabr

1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar.
Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazmışdı. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vuruldu. Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun heyəti həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri qəhrəmanın adını daşıyır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA