Yaxud, iki qonşu qadının yersiz mübahisəsinin qanlı sonluğu: qadınların qan tökülməsinə rəvac verdiyi məişət xarakterli mübahisəsinin səbəb olduğu cinayət işi barədə tanınmış vəkil İkram Abdullayev danışır...

“Təzadlar” Sumqayıt Ağır Cinayətlər Məhkəməsində atası 1-ci Qarabağ Müharibəsində şəhid olmuş, şəhid ailəsi kimi tanınmış Ağayev Elnur Əliqulu oğlunun Azərbaycan CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaqı başlayıb. Cinayətə səbəb isə iki qonşu qadının yersiz mübahisəsidir. Nəticədə qan tökülüb, hər ikisinin həyat yoldaşları istintaqda ifadə verib...

Tanınmış vəkil İkram Abdullayev  “Təzadlar”a bu barədə aşağıdakıları danışdı:

 - Bəli, bəzən insanlar fərqində olmur ki, axı bu adi məişət söz-söhbəti bir çox hallarda qan tökülməsinə, iki ailənin bədbəxtliyinə gətirib çıxarır. Məsələn, iyunun 8-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində atası Birinci Qarabağ Müharibəsində şəhid olmuş Ağayev Elnur Əliqulu oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə, yəni başqasına xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirab verməklə və ya sifarışlə, habelə təqsirkar üçün, yəni Elnur üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə ağır xəsarət yetirməyə görə təqsirləndirildiyi 1(124)-220/2022 nömrəli cinayət işini oxuyurdum. Elnurun şəhid ailəsi olan anası Səadət xanımın xahişi ilə Elnura vəkillik etməyə başlamışam. Cinayət işinin mahiyyəti ondan ibarətdir ki, Elnurla onun bıçaqla vurduğu Aftandil həm qonşu, həm də dostdur. Hər ikisi arvadının  felinə gedib mübahisələşiblər. Belə ki, 21 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Xırdalan qəsəbəsində Elnurla Aftandil arasında xanımların qızışdırıcı sözlərindən sonra mübahisə düşüb, Elnur yoldaşını götürüb gəlib Aftandilgilə onun xanımı ilə üzləşdirməyə. Orada aləm qarışıb bir-birinə. Aftandil Elnurla yoldaşını həyətlərindən çıxarıb küçəyə, bu vaxt Elnur namərdlik edərək arxadan Aftandilin sol böyrəyinin üstündən bir bıçaq zərbəsi vurub, sonra yoldaşı ilə qaçıb gediblər. Xoşbəxtlikdən hər şey yaxşı olub, Elnurun qardaşı və eləcə də Aftandilin qardaşları Aftandili aparıblar xəstəxanaya, o, müalicə olunub, indi maşaalah top kimidir.

Elnurla da barışıb. Abşeron Rayon Prokuroru, hörmətli Qabil Qasımov 26.07.2021-ci il tarixdə Elnur Ağayevin barəsində AR CM-nin 126.1-c maddəsi ilə, yəni qəsdən bədənə ağır zərər yetirməyə görə cinayət işi başlayıb verib polisə istintaqa. Hörmətli Qalib müəllim cinayət işinin düz qaldırıb. Həmin cinayətə görə Qanun 3 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. İstintaq zamanı həm bıçaqlanan Aftandil Şükürov, həm də həyat yoldaşı təsdiq ediblər ki, Elnur Aftandilə sol böyrəyinin üstündən bir bıçaq vurub qaçıb gedib. Müstəntiq Zaur Əkbərov hər ikisinə sual verib ki, Elnur Aftandilə təkrar bıçaq vurmağa cəhd etdimi? Ər-arvad hər ikisi bildirib ki, xeyr, elə bircə zərbə vurub qaçdı, təkrar vurmaq istəsə vura bilərdi, amma vurmadı.

Abşeron RPİ-nin müstəntiqi Zaur Əkbərovun cinayət işinin 191-192-ci səhifəsindəki 18.01.2022-ci il tarixli qərarından məlum oldu ki, müstəntiq prokurorun göstərişi ilə Elnurun cinayət əməlini CM-nin 126.1-ci maddəsindən həmin maddənin daha ağır hissəsinə, yəni 126.2.3-cü hissəsinə tövsif edib ki, bu maddədə də cəzanın həddi 6 ildən 11 ilə kimidir. Qeyd etdik ki, prokurorun əvvəlcə başladığı 126.1-ci maddədə cəzanın həddi 3 ildən 8 ilə kimidir. Prokurorla müstəntiq birdən-birə baş-başa verib Elnura əsassız olaraq ağır ittiham veriblər. Halbuki, Elnur Aftandilə bir bıçaq vurub qaçıbdır. 126.2.3-cü maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yarana bilərdi ki, Elnur Aftandilə bir neçə bıçaq vursun, xüsusi amansızlıq göstərsin, ona qəsdən əzab verə-verə qulağını kəssin, yalvarmasına baxmayaraq əl çəkməsin, yenə bıçaq vursun və ya başqa bir şəxsin sifarişi ilə xəsarət yetirsin, görsün ki, əlil adamdır, özünü müdafiə edə bilmir, müqavimət göstərə bilmir, yəni köməksiz vəziyyətdədir və s. Bu halların heç biri mövcud olmamışdır. Onda nədir istintaq orqanının dərdi, azarı, niyə belə qəddarlığa yol verir???

- Siz vəkil olaraq bunun səbəbini nədə görürsünüz? Həm də nəzərə alsaq ki, tərəflər hadisədən sonra barışıblar...

- Son zamanlar insanlarımız belə bəlalarla üzləşir. Etiraf etmək lazımdır ki, rüşvət azalıb. Bu belə gedə bilməzdi, getməməlidir, gec-tez düzəlməlidir. İndi rüşvət almayanlar hayfını anası ölmüş millətdən belə çıxır. Qəsdən ittihamı ağır verir ki, qoy məhkəməyə ağır maddə ilə getsin. Məhkəmə də rüşvət ala bilməyəndə qəsdən cəzanı artıq verir ki, qoy canı çıxsın getsin yatsın... İndi bu bəlanın aradan qaldırılması üçün, camaatın canını bunların əlindən qurtarmaq üçün rüşvəti qaytatmaq lazımdır yerinə?! Heç olmasa imkanı olan pulunu versin canını qurtarsın?! Bəs nə etmək lazımdır??? Yoxsa millət bu zulmə dözməyəcək. Qəbrinə qurban olduğum Mirzə Ələkbər Sabirin bir “Əzrailin istefası” şeri var. Deyir:

Əzrail ərz edərək söylədi: Ey Rəbbi-Ənam...

Bir təbib işdə bu il qullarını qırdı tamam.

Mən edincə hələ bir ölməli bimarı həlak,

O alır ölməməli min nəfərin canını pak.

Verdiyin canları bir-bir ki, bu zalım alacaq,

De görüm qul deyə yahu, sənə bəs kim qalacaq.

Qoy alım canını, barı qoparım məşhərini,

Yoxsa billah qıracaq qullarının əksərini

Bu təmənnamı qəbul eyləməz olsan hala

Kərəm et, tam əməlimdən verəyim istefa

Başqa bir xidmətə nəsbən məni qıl minnətdar

Əzrail olmağı ver iş bu təbibə zinhar!

***

İndi Prezidentimiz də Allahın yerdə bizə göndərdiyi nümayəndəsidir. Deyirəm o bu işlərə çarə qılmasa, vətəndaşlarımız çox əziyyət çəkəcək... Bəs onda o kimə arxalanacaq? Bu bir düşünülmüş yoldur, dəhşətli yoldur. Məqsəd odur ki, xalqda narazılıq artsın, ölkənin nizamı pozulsun. Cənab Prezident gecə-gündüz ölkədə cəzanın yumşalmasını, humanistləşməsini tələb etdiyi halda, Qalib Qasımov düşünülmüş şəkildə cəzanı qanunsuz olaraq ağırlaşdırır. Bu da onun öz fikri deyil. Bu, ümumilikdə prokurorluğun çox qorxulu və ziyanlı mövqeyidir. Mən də varam prinsipidir, hələ biz varıq hikkəsidir.

İndi Elnurla, anası, şəhid xanımı Səadət xanımla döyüşə girmişik. Ya bizə verən Allah, ya onlara!

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN