Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı (Milli Qəhrəman), şəhid polkovnik- leytenant Orxan Əkbərovun həyat yoldaşı Nuranə xanım və oğlu Çingiz "Təzadlar"ın qonağı oldu...

Xatırladırıq ki, torpağı Vətən edənlərdən biri, kəşfiyyatçı, polkovnik-leytenant Orxan Əkbərov 2020-ci ilin oktyabrın əvvəlində Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Nuranə xanımla igid döyüşçü haqqında hazırlanan kitabla bağlı xeyli məsləhətləşmələrimiz oldu...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN