Yaponiyanın Kioto Universiteti və tikinti şirkəti “Kajima” gələcəkdə Marsda və Ayda insan həyatı üçün uyğun olacaq yaşayış binası tikməyi planlaşdırır.

Bu barədə Yaponiyanın “The Japan Times” qəzeti yazır.

Əsas vəzifələrdən biri binanın daxilində Yerin cazibə qüvvəsinin analoqunu yenidən yaratmaqdır. Tədqiqatçılar buna qeyri-adi tikinti formasının köməyilə nail olmaq istəyirlər. Yaşayış evinin öz oxu ətrafında fırlanan tərs konus şəklində inşa edilməsi təklif olunur. Qeyd edilir ki, bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi cazibə qüvvəsinin formalaşmasına imkan verəcək.

Layihənin dəyəri açıqlanmasa da, alimlər etiraf edir ki, bu əsrin layihələrindən biri olacaq.

Qeyd edək ki, Marsın cazibə qüvvəsi Yerin 38 faizini, Ay isə altıda bir hissəsini təşkil edir.

P.S. Əziz oliqarxlarımız!!! Bilirik ki, hər birinizin ən böyük arzularından biri Marsda və ya Ayda öz şəxsi mənzilinin olmasıdır. Biz sizin bu arzunuzu reallaşdırmaq üçün Sizlərə Marsda və ya Ayda qeyri-adi tikinti formatlı mənzillər təklif edirik. Mənzillər tam təmirli, qonaq, yataq, mətbəx mebeli, hamam aksesuarları və kombi ilə təmin olunacaq. Binalarda qaz, işıq və su daimi olacaq.

Mənzillərin sayı məhduddur. Bu fürsətdən yararlanmağa tələsin!

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN