Böyük Britaniyanın Baş naziri Boris Conson partiyasının liderliyindən istefa verib.

Bu barədə Baş nazir özü açıqlama verib.

O, yeni lider vəzifəyə gələnə qədər vəziifəsini davam etdirəcəyini bildirib.

"Ailəmə, dostlarıma və vəzifəmi yerinə yetirərkən yanımda olan Britaniya xalqına təşəkkür etmək istəyirəm. Baş nazirlik prosesi mənim üçün çox vacib və ibrətamiz oldu", - deyə vurğulayıb.

Xəbər verildiyi kimi, səhiyyə naziri Sacid Cavid, həmçinin maliyyə naziri Rişi Sunak da dünən istefa verdiklərini bildiriblər.

S.Cavid vəzifəsindən getmə səbəbini Consona etibar etməməsi və artıq vəzifəsini vicdanla davam etdirə bilməyəcəyi ilə əsaslandırıb.

Onun istefasından az sonra maliyyə naziri istefa verib...

 Xatırladaq ki, Baş nazirin 10 nömrəli ofisində koronavirus epidemiyası zamanı karantin qaydalarını pozan əyləncə təşkil  edilməsi səbəbindən Conson tənqid və istefa təzyiqi altında idi.

Bu əyləncələrdən birinə görə də cərimələnən Conson öz partiyasının bəzi millət vəkilləri və müxalifət tərəfindən parlamentə yalan danışmaqda günahlandırılıb.

Ötən gün partiyası daxilində etimad səsverməsi keçirilib və o, 148 səs əleyhinə 211 səslə qalib gəlib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN