Xaçmaz Rayon İcra Hakimiyyətində daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin əmri ilə, Vətən müharibəsi iştirakçısı Tariyel Didarov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Tariyel Didarov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin sırasında zabit kimi müxtəlif vəzifələrdə çalışıb və bir çox medallarla təltif olunub.

Didarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Cəsur döyüşçü" “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasın görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O həmçinin "Vətən Müharibəsi iştirakçısı" və "Vətən naminə" medallarına da layiq görülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN