İraqın şimalında keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK-nın dörd üzvü zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyi mәlumat yayıb (trt).

Mәlumatda deyilir: ‘‘Türkiyә Silahlı Qüvvәlәri terrorçulara ağır zәrbәlәr endirmәyә davam edir. İraqın şimalında müvәffәqiyyәtlә davam etdirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә dörd PKK terrorçusu zәrәrsizlәşdirilib’’.

Xatırladaq ki, bu gün ‘‘Pәncә-İldırım’’ әmәliyyatının keçirildiyi bölgәdә terrorçuların törәtdiyi hücum nәticәsindә Türkiyə Silahlı Qüvvələrinin bir hәrbçisi vә dörd kәnd mühafizәçisi şәhid olub.

Bu barәdә Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu mәlumat verib.

‘‘Terrorçuların ‘‘Pәncә-İldırım’’ әmәliyyatının keçirildiyi bölgәdә törәtdiyi hücum nәticәsindә bir qәhraman hәrbçimiz  ilә dörd qәhraman kәnd mühafizәçimiz şәhid oldu. Şәhidlәrimizә rәhmәt, ailәlәrinә vә xalqımıza dәrin hüznlә başsağlığı verirәm’’, - deyə Soylu bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN