100 min dollardan çox ƏDV də verilibmiş...

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta sənədlərlə “rus buğda”sı satan dələduzları saxlayıb.

İstintaqın məlumatına görə, 2019-cu ildə dörd nəfər təqsirləndirilən şəxs müvafiq sənədləri olmadan gürcü mənşəli buğda alıb və bundan sonra malı Rusiya mənşəli buğda adı altında satıb.

 Kələkbazlar  buğda satışı üçün saxta vergi sənədləri də hazırlayıblar. Nəticədə, alıcı şirkətlər dövlət büdcəsindən qeyri-qanuni olaraq 319,7 min lari (100 min dollardan çox) məbləğində ƏDV də alıblar. Bilə-bilə saxta ƏDV ayırmaları tamamilə ləğv edilib.

Qeyd edək ki, “Bir qrup şəxs tərəfindən saxta kredit və ya ödəniş kartlarının hazırlanması, satışı və ya istifadə edilməsi” maddəsi ilə dələduzluq edənləri 4 ildən 7 ilə qədər həbs gözləyir. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN