Qamarlamaq təfəkkürü beynimizə elə oturuşub ki, deyəsən, digər bütün dəyərləri itirmişik. Əlinə fürsət düşən qamarlayır...

Əcəba, bu, qandanmı gəlir, ailədənmi gəlir, təhsildənmi gəlir, bilinmir. Tanıyıb, yüksək qiymətləndirdiyin, yaxşı insan hesab etdiyini elə ki, gətirib bir vəzifəyə təyin edirsən, vəssalam. Çox keçmir ki, adam korlanır. Başlayır qamarlamağa... Bu nədi belə?!

İndi də sosial şəbəklərdə, media səhifələrində Azay Quliyevlə bağlı SENSASİON FAKTLARı töküblər ortalığa... Söhbət isə bir milyon manatlıq MAXİNASİYAdan gedir...

Yazılanlara görə, təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradılıb. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrılıb.

Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan edib ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə olub, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başlayıb. Üstəlik, bütün qalib QHT-lər məcbur edilib ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

Məsələ ilə bağlı bir qədər araşdırma aparılıb. İlkin əldə edilən məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsaitin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki “QHT Nəşriyyatı” yeni yaradılmayıb, sadəcə, mövcud olan nəşriyyatın adı dəyişdirilib. Belə ki, Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək “QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon manata bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silinib.

Uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı müəyyən edilib. Orada qarşılaşılan mənzərə çox acınacaqlı olub. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə, metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.

Yazırlar ki, Azay Quliyevin pafoslu şəkildə “QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.

Sual edilir ki, Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?

Bu sualların cavablarını isə aidiyyəti qurumların araşdırması verəcək.

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN