Şuşa həm də dünya gənclərinin diqqət mərkəzi və düşüncə paytaxtına çevrilir...

Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” başlayıb. Komitədən "Təzadlar"a verilən məlumatda bildirilir ki, layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır. Düşərgə avqustun 9- nadək davam edəcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. Qeyd edək ki, "III Yay Düşərgəsi”də 24News.ge xəbər portalının əməkdaşı Almaz Nadiroğlu da iştirak edir. Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

*** 

Bəli, Şuşa daim işğalçılıq niyyəti ilə yaşamış ermənilərə dünyəvi baxışları, sülh carçılığı ilə görk və dərs olmaqdadır... Və Şuşa qurulur, tikilir, azadlıq eşqini dünyaya yayır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN