Beynəlxalq Yer Fırlanma Xidməti planetin ən qısa gününü qeydə alıb.

BYFX planetdə tarixin ən qısa gününü qeyd etdi - öz oxu ətrafında tam fırlanma onu adi vaxtdan 1,59 millisaniyə az çəkib. Bu barədə Daily Mail məlumat yayıb.

Bildiyimiz kimi, Yer kürəsində bir sutka 24 saat davam edir. Lakin 1970-ci illərdən onun fırlanması yavaşlamağa başladı və vaxtın dəqiqliyini qorumaq üçün 27 sıçrayış saniyə lazımdır.

2016-cı ildə, yeni il ərəfəsində dünya saatı bir saniyə dayandı. 2020-ci ildə Yer kürəsində bir gün 1,47 millisaniyə qısaldı, 29 iyul 2022-ci ildə isə artıq 1,59 millisaniyə çəkdi. İnsanlar üçün dəyişiklikləri hiss etmək çətindir, lakin bu, peyklərə və naviqasiya sistemlərinə təsir göstərə bilər.

Beləliklə, 29 iyul 2022-ci il qısa gün kimi tarixə düşüb.

Xatırladaq ki, aprel ayında Cənubi Koreya və Avropa ölkələrinin ekspertləri yerin orbitinin hərəkətinin dəyişməsi nəticəsində baş verən iqlim dəyişikliyinin insan təkamülünün sürəti və istiqamətində rolunu açıqlayıblar.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN