Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda da daim ehtiramla anılır. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kollektivi torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.

Rayon MKS-dən bölgə müxbirimizə bildirilib ki, Üçüncü Tala, Meşleş, Çüdülübinə, Yuxarı Tala kənd kitabxana filiallarının əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin anası Mominət xanım Şixamir Qaflanov haqqında xatirələrini bölüşüb, oğlunun yoxluğunun ağır olduğunu, lakin onunla qürur duyduğunu, fəxr etdiyini bildirib.

Şəhidin ailə üzvləri onları daim diqqətdə saxladıqlarına görə kitabxanaçılara təşəkkür ediblər. Qonaqlar şəhidin qızı Mədinəni doğum günü münasibətilə təbrik ediblər.

Kitabxanaçılar daha sonra şəhidin Üçüncü Tala kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN